Netanyahunun arvadı cərimələndi - Dövlətin pulu ilə yemək yeyib


İsrailin Baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunun restorandan sifariş verdiyi yeməyin pulunu dövlət büdcəsindən ödədiyinə görə cəzası müəyyənləşib.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qüds sülh məhkəməsi xanım Netanyahunu 15 min dollar dəyərində cərimələyib.

Qeyd edək ki, Sara Netanyahu 2010-2013-cü illər ərzində dövlətə məxsus malikanədə aşpaz olmasına baxmayaraq, yeməkləri restorandan sifariş verib. Yemək sifarişlərinə xərclənilən məbləğin 96 min dollar olduğu bildirilir. Bu səbəbdən ötən ilin oktyabrında Baş nazirin xanımına qarşı məhkəmə prosesi başlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top