Azərbaycanda ağır yol qəzası - ölən və yaralananlar var


Yevlax rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.


İstinadla xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.

"Qazel" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində minik avtomobilinin 30 yaşlı sürücüsü Elşən Xəlilov ölüb, daha iki nəfər - 18 yaşlı Yusif Qədirli və 23 yaşlı Babək Qədirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top