Bakıda dəmir hasarda asılı vəziyyətdə meyit aşkarlanıb

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasından yıxlıaraq binanın qarşısında olan dəmir konstruksiyalardan ibarət hasarda asılı vəziyyətdə qalan 1967-ci il təvəllüdlü Eynullayev Seyfulla Beydulla oğlunun meyiti tapılıb

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin 112 qaynar telefon xəttinə meyitin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri S.Eynullayevin meyitini dəmir barmaqlıqların üzərindən götürərək aidiyyəti üzrə təhvil veriblər. 

DİGƏR XƏBƏRLƏR

Top