Bakıda ayıq sürücü "Jeep"lə piyadanı vurub


Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"99-NA-665" dövlət qeydiyyat nişanlı "Jeep" markalı avtomobili idarə edən ayıq sürücü "Koroğlu" metrostansiyası yaxınlığında təqribən 28 yaşlı kişini vurub.

Yaralı YPX əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəyə kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır./Report

DİGƏR XƏBƏRLƏR

Top