Gürcüstan parlamentinin I vitse-spikerindən “Keşikçidağ” bəyanatı

Hər iki tərəf “Keşikçidağ”ın sərhədlərini müəyyənləşdirməyə çalışır və bu istiqamətdə irəliləyiş əldə etmişik.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili deyib. 

O bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər dayandırılmayacaq.

“Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə etmişik. Bu, çətin bir mövzudur və həlli asan deyil. Amma bu istiqamətdə addım atılması təbiidir”, - deyə T. Çuqoşvili vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top