Məşhur rejissor dünyasını dəyişib - FOTO


İtaliyalı rejissor Franko Dzeffirelli 96 yaşında dünyasını dəyişib.
Yeniavaz.com “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Florensiyanın bələdiyyə başçısı Dario Nardella “Twitter” hesabında məlumat verib.
Onun sözlərinə görə, mən bu günün gılmıyini heç vaxt istəmirdim: “ Biz onun yaxınlarına baş sağlığı veririk. Əlvida əziz usta. Florensiya sizi heç vaxt unutmayacaq".
F.Dzeffirelli 1923-cü ildə Florensiyada anadan olub. Film rejissoru olaraq, ilk dəfə 1957-ci ildə “Camping” filmi ilə çıxış edib. Onun Romeo və Cülyetta filmi ən uğurlu klassik filmlərdən hesab olunub və buna görə o, Oskar mükafatına layiq görülüb. Bundan əlavə, F.Dzeffirelli 1977-ci ildə İtaliyanın Respublika mükafatına da layiq görülüb.
Qeyd edək ki, rejissor ən son filmini 2002-ci ildə lentə alıb.
Məşhur italyan rejissoru Franko Dzeffirelli vəfat edib

DİGƏR XƏBƏRLƏR

Top