Xaricdən Azərbaycana gətirilən avtomobillərin sayı kəskin artıb


Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xaricdən 15 585 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2018-ci ilin ilk 5 ayı ilə müqayisədə 8 291 ədəd və yaxud 2,1 dəfə çoxdur.
Hesabat dövründə əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobillərinin idxalı 2,2 dəfə artaraq 14 170-ə yüksəlib.
Bundan başqa yanvar-may aylarında 70 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1274 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 71 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
 

DİGƏR XƏBƏRLƏR

Top