Azərbaycanda dəhşətli qəza, yol bağlandı - FOTOLAR

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Qazax yolunun 170 km-də, rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.

Belə ki, 43 yaşlı Əsədov Habil Səfər oğlunun idarə etdiyi “Mercedes” markalı yük maşını Kürdəmir istiqamətində hərəkət edərkən eyni istiqamətdə gedən 53 yaşlı Tərtər sakini Bayramov Hümbət İsa oğluna məxsus “KAMAZ” markalı yük maşınına çırpılıb. 

Hadisəyə səbəb kimi “Mercedes”in sürücüsünün sükan arxasında yatması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

 







oxu.az

DİGƏR XƏBƏRLƏR

Top