Şəhriyar Məmmədyarov Norveçdə sonuncu yeri tutub


Norveçin Stavanqer şəhərində keçirilən şahmat üzrə superturnir cümə günü 9-cu partiyanın oyunları ilə başa çatıb.

Turnirin qalibi sona bir tur qalmış norveçli hazırkı dünya çempionu Maqnus Karlsen olub.

Karlsen 13,5 xal toplayıb. İkinci yeri erməni Levon Aronyan və çinli Yuy Yanyi (hərəyə 10,5 xal) tutub. Onların ardınca amerikalı Uesli So və Fabiano Karuana (10), çin Din Lijen (8,5), hindistanlı Vişvanatan Anand və fransalı Maksim Vaşye-Laqrav (8) qərarlaşıb.

Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 5,5 xal toplayıb və rusiyalı Aleksandr Qrişukla sonuncu pilləni bölüşüb.//Report

DİGƏR XƏBƏRLƏR

Top