“Məni tutdurmağa qüdrətin çatmaz!” - Nazilədən Xoşqədəmə


Şairə Nazilə Səfərli aylardır davam edn məhkəmədə uduzduğu aparıcı Xoşqədəm Hidayətqızına açıq məktub göndərib.

N.Səfərli İnstaqramda paylaşdığı ismarıcında məhkəmə qərarına baxmayaraq, aparıcıdan üzr istəməyəcəyini deyib:

Xoşqədəm ,bir əsr də Allah sənə ömür versə, (İnşallah olsun, ancaq əzabdır deyə sənə arzulamaram) hətta bir əsrdən də çox özünü məhkəmələrdə həlak edib,illərini, əsəblərini bu yolda qurban versən, yenə sən məndən üzr gözləmə!!!

Millətin gözündə yalanlarla özünü məhv etmə -mənim tərəfimdən sənə qarşı bu sözlərin,bu addımın müəllifliyini sübut etmək iqtidarında olmadığın üçün xam xəyallarının əsiri olma!

Özünü reallıqdan uzaq fantaziyana qurban etmə! Məni tutdurmağa qüdrətin çatmaz!

Ali məhkəmədə mənimlə qarşılaşmağa cəsarətin varmı?

Gələndə özünlə iki kub narkoz götürərsən ,dərin yuxuya ehtiyacımız ola bilər...”.

Xatırladaq ki, Bakı Apelyasiya  Məhkəməsinin qərarı ilə şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir.

Qeyd edək ki, tərəflər arasında bu qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlanıb.//qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top