Ağdaşdan Bakıya qonaq gələn kişi itkin düşdü


Bakıda 50 yaşlı kişi itkin düşüb.

Yeniavaz.com-un “Trend”ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Ağdaş rayonundan Bakıya qonaq gəlmiş, 1969-cu il təvəllüdlü İsgəndərov Cavanşir Əjdər oğlu Bakının Xətai rayonu, Salmani küçəsi, ev 5, mənzil 23-də yaşayan qohumunun evinə qonaq gəlib.

İyunun 12-də o həmin evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top