"Bakı Metropoliteni": Qatarın qapısının açıq şəkildə hərəkət etməsi araşdırılacaq


Bu gün axşam saatlarında Bakı metrosunda qatarların birində texniki nasazlıq yaranıb və vaqonlardan birinin qapısı açıq qalıb. 

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a faktı təsdiqləyib. 

O bildirib ki, sosial mediada görüntüləri yayılan fakt "İçəri Şəhər" stansiyasından "Həzi Aslanov" istiqamətində gedən qatarda "28 May"- "Gənclik" stansiyalarının arasında qeydə alınıb. 

"Dispetçerlə kamera görüntülərinə baxdıq. Yalnız vaqonlardan birinin qapısında belə hal müşahidə olunub. Bu da texniki nasazlıq səbəbindən baş verib. İlkin ehtimala görə, sərnişin sıxlığı səbəbindən nəzarətçi və maşinist qapının açıq qalmasını görməyib. Məsələ araşdırılacaq və "Bakı Metropoliteni"nin təlimatlarına uyğun qərar qəbul ediləcək", - deyə B.Məmmədov qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top