Murad Köhnəqala azadlığa buraxılıb - Və 3 gün vaxt verildi


Şair-publisist Murad Köhnəqala azadlığa buraxılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə şairin yaxınları sosial şəbəkədə məlumat veriblər. 12 min manat məbləğində alimenti ödəmək üçün Köhnəqalaya 3 gün möhlət verilib.

Xatırladaq ki, Tovuz Rayon Məhkəməsi yunun 12-də Murad Köhnəqalaya 15 sutka müddətində inzibati həbs verib. Buna səbəb isə onun keçmiş ailəsinə 12 min manat aliment borcunun olmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top