Ermənistanda məhkəmə hakimləri kütləvi şəkildə istefa verir


Ermənistanda Ali Məhkəmə Şurasının daha 2 üzvü istefa verib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Armen Bektaşyan və Sergey Meqryan bu gün Ali Məhkəmə Şurasının üzvlüyündən istefa verdiklərini bildiriblər.
Qeyd edək ki, Ermənistan Ali Məhkəmə Şurası 10 üzvdən ibarətdir - 5 hakim və 5 hüquqşünas. Mayın 24-də Ermənistan Ali Məhkəmə Şurasının sədri Qaqik Harutyunyan istefa verib. Bugünkü istefalardan sonra Alii Məhkəmə Şurası tərkibində 4 nəfər qalıb - Liparit Məlikcanyan, Sergey Çiçoyan, Ani Mxitaryan və Hayk Hovhannisyan.
 

DİGƏR XƏBƏRLƏR

Top