Qobustanda yanğın var - Helikopterlər cəlb olundu


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakının Qaradağ rayonu, Qobustan Dövlət Qoruğuna aid dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yeniavaz.com FHN-in saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top