
Yevlax-Bərdə yolunda avtomobil qəzası qeydə alınıb. Yeniavaz.com xəbər verir ki, hadisə zamanı sərnişin daşıyan mikroavtobus minik maşını ilə toqquşub. Qəza nəticəsində İftixar Zeynalov, Qabil Abbasov, Etibar Ağayev və Fidan Qarayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.