Həm AKP, həm də CHP millət vəkili erməni qadının müdafiəsinə qalxdılar - SƏBƏB


Xəbər verdiyimiz kimi, may ayında İstanbulda Ermənistan vətəndaşı olan qadın üzlərində maska olan naməlum şəxslər tərəfindən bıçaqlanıb. Qadının ölmədiyi və yaralarının həyatı üçün təhlükə törətmədiyini də qeyd etmişdik.
Yeniavaz.com xəbər verir ki, hücum edən şəxslərin kimliyi bilinmədiyi halda Türkiyədəki erməni icması hadisənin etnik səbəblərdən baş verdiyini bildiriblər. Məsələ ilə bağlı erməni kilsəsinin baş yepiskopu Aram Ateşyan da İstanbulun polis rəisinə zəng edib.
Bıçaqlanan qadın və həyat yoldaşı daha sonra burda yaşamaqdan qorxduqlarını və Ermənistana geri dönəcəklərini açıqlayıblar. Bundan sonra Ermənistan vətəndaşı olan bu qadınla bağlı müzakirələr mətbuat səhifələrindən Türkiyə Böyük Millət Məclisinə qədər yayılıb.
Məsələ ilə bağlı həm iqtidar partiyasından, həm də ana müxalifət partiyasından olan millət vəkilləri açıqlama veriblər.
İqtidarda olan AKP-nin (Ədalət və İnkişaf Partiyası) millət vəkili Mustafa Yeneroğlu "Twitter" sosial şəbəkəsində yazdığı statusda qeyd edib ki, bu zalımlığı qınayıram və bunu edən irqçilər Türkiyənin ən böyük düşmənidir.
Ana müxalifət partiyasının - CHP-nin (Cümhuriyyət Xalq Partiyası) millət vəkili Sezgin Tanrıkul isə vitse-prezident Fuat Oktaya rəsmi sorğu ünvanlayıb.
Sezgin Tanrıkul isə vitse-prezident Fuat Oktaydan bu suallara cavab verməsini istəyib:
1. Arpina Tumanyan adlı erməni qadına hücum edənlər həbs olunubmu? Əgər həbs olunublarsa onlar kimdir? Onların məqsədi nə olub?
2. Əgər həbs olunmayıblarsa, səbəbi nədir?
 



 

DİGƏR XƏBƏRLƏR

Top