Saatlıda bir ailə balıqdan zəhərləndi


Saatlı rayonunda kütləvi zəhərlənmə hadisəsi olub.

Saatlı şəhəri, M.Ağayev küçəsində yaşayan 1985-ci il təvəllüdlü Qarayeva Pərvanə Akif qızı, 1981-ci il təvəllüdlü Gözəlova Hədiyyə Akif qızı, 2005-ci il təvəllüdlü Qarayev Adil Qəhrəman oğlu, 2006-cı il təvəllüdlü Qarayev Qadir Qəhrəman oğlu və 2009-cu il təgəllüdlü Qarayev İgid Qəhrəman oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, bir ailənin üzvü olan 5 nəfər axşam saatlarında qızardılmış çəki balığı yeyib və gecə vəziyyətləri ağırlaşıb. Onlara xəstəxanada tibbi yardım göstərilib.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır. (publika.az)

DİGƏR XƏBƏRLƏR

Top