Azərbaycanda maaşların nə qədər artdığı açıqlandı - Ən son RƏSMİ məlumat


Bu ilin  yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 581 manat 20 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki aylarla - yanvar-mart ayları ilə müqayisədə 3 manat 60 qəpik artıb.
Məlumatda həmçinin qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
 

DİGƏR XƏBƏRLƏR

Top