Ərəbistanda "halal gecə klubu" açılıb


Sosial şəbəkələrdə Ərəbistanın ikinci ən böyük şəhəri Ciddədə, içkinin, 18 yaşından kiçiklərin girməsinin və telefonla çəkiliş etməyin qadağan edildiyi "halal gecə klubu"nun açıldığına dair kadrlar yayılıb.
Yeniavaz.com xarici KİV-lərə istinadla xəbər verir ki, sözügedən kadrlar ictimaiyyət tərəfindən qərəzli qarşılanıb. Bir çox tanınmış şəxs elə sosial şəbəkələrdən bu addıma öz etirazlarını bildirib.
"Halal gecə klubu"nun Dubayda yerləşən "White Dubai" (Ağ Dubay) adlı gecə klubu tərəfindən təşkil edildiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top