Xərçəng hüceyrələrini məhv edə bilən - XÜSUSİ LAZER HAZIRLANIB


ABŞ-ın Arkanzas Universitetinin alimləri qan damarlarında hərəkət edən xərçəng hüceyrələrini məhv edə bilən xüsusi lazer texnologiyasını uğurla sınaqdan keçiriblər.

Yeniavaz.com "ictnews"-a istinadən xəbər verir ki, sözügedən texnologiya şiş xəstəliklərinin təkrar yaranmasının qarşısını almağa imkan verir.

Alimlərin sözlərinə görə, onlar bu metodun köməyi ilə şiş hüceyrələrinin 96%-ni məhv etməyə nail olublar.

Yeni qurğu, həmçinin 1 litr qanı 1 saat ərzində təhlil edir ki, bu göstərici analoqlardan çox sürətlidir.

DİGƏR XƏBƏRLƏR

Top