"Millət kimi seçəcəksə, o qazanacaq" - Türkiyə səfiri


“İyunun 23-də keçiriləcək bələdiyyə seçkilərində kimin qazanacağı mövzusunda bir şey deyə bilmərəm. Millət kimi seçəcəksə, o qazanacaq”.

Yeniavaz.com xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, seçkilərin yenidən keçirilməsinə Yüksək Seçki Qurumu qərar verib: “YSK-nın verdiyi qərara hər kəs əməl edəcək. 23 iyunda seçki keçiriləcək. Həmin tarixdə istanbullular səslərini verəcəklər. Bundan sonra da kim qazanacaqsa, o, bələdiyyə başqanı olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top