Arvadını öldürüb qaçan şəxs tutuldu


Zaqatalada həyat yoldaşını qətlə yetirdikdən sonra hadisə yerindən qaçan ər tutulub.

Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayonun Suvagil kənd sakini Aqşin Qədir oğlu Qədirov rayon ərazisində tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, A.Qədirov və mərhum B.Qədirovanın evliliyindən üç övladları var. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində törədilib.(APA)

DİGƏR XƏBƏRLƏR

Top