Şıxovda vurulan piyada Qış parkında tapılıb


Bakının Səbail rayonunda piyada avtomobil zərbəsi nəticəsində xəsarət alıb.

Şıxov qəsəbəsində baş vermiş avtoqəza zamanı 1997-ci il təvəllüdlü Məmmədov Elvin Rafiq oğlunu naməlum avtomobil vurub. E.Məmmədov yaralı halda Yasamal rayonu ərazisindəki Qış parkında tapılaraq 1 saylı KTM-ə çatdırılıb. 

Hazırda polis hadisənin təfərrüatlarını araşdırır.//APA

DİGƏR XƏBƏRLƏR

Top