Jurnalistin övladını it dişləməsi ilə bağlı təhqiqat başladı


Bakıda övladı it hücumuna məruz qalan jurnalist Asif Nərimanlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə dəvət olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“Asif Nərimanlı polisə müraciəti ilə əlaqədar dəvət olunub, onun izahatı alınıb. 9-cu Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Məsələ diqqətimizdədir”, - deyə, BŞBPİ sözçüsü əlavə edib.

Qeyd edək ki, dünən Səbail rayonu, Lermontov küçəsində yerləşən “Şəlalə” parkında A.Nərimanlının azyaşlı övladı it hücumuna məruz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top