"Mən öz gəlirlərim haqqında arayış verə bilərəm" - Xalq yazıçısı əsəbiləşdi


Xalq yazıçısı Çingiz Abdullayev gənc yazar Elşad Baratı məhkəməyə verir.

Xalq yazıçısını bu addımı atmağa vadar edən E.Baratın onun haqında yazdığı statusdur.

E.Barat Çingiz Abdullayevə məxsus avtomobillərin şəkillərini paylaşaraq onu AYB-nin pullarını mənimsəməkdə ittiham edib:

"Desəm ki, Çingiz Abdullayev AYB-yə, gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatdan gedib özünə 6-cı maşını alıb, yenə məni öldürmək istəyəcəksiz? Bu da Çingizin 6-cı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə restoranı icarəyə verir, büdcəni dağıdır. Murad Köhnəqala isə kirayədə yaşayır, yüzlərlə gənc yazar qəpiyə bomba atır, mən özüm öz vəziyyətimi yazmıram, birdən Çingiz müəllim utanar".


Ç. Abdullayev şairin ittihamlarına elə statusun altında cavab verib. O, E.Baratı məhkəməyə verəcəyini bəyan edib:

“Vicdansız Elşad Barat! Sən mənim avtomobillərimin şəklini çəkmisən. Mən sənin kimi əhəmiyyətsiz bir adama cavab vermək məcburiyyətində deyiləm, ancaq başqalarına açıqlama verirəm: Mənim "Cip" maşınım altı il bundan əvvəl alınıb. Sənədlərim var. Ağ "Kamri" maşın isə şəxsən mənə aid deyil. Bu dövlət nömrəsidir. Mən öz gəlirlərim haqqında arayış verə bilərəm. Sənin kimi istedadsızdan fərqli olaraq mən bütün dünyada çap olunuram. Sənin icarə haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay darman almaq uçun yardım alır. Azərbaycan Yazıçılar Birliyinin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq. Anar müəllim də öz şəxsi vəsaitindən sənə yardım da edib! Mən sənin kimi böhtançını məhkəməyə verirəm!” (Baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top