Ermənistan ABŞ-dan, Azərbaycan isə Türkiyədən daha "sülhsevər ölkədir" - TAM SİYAHI


İqtisadiyyat və Sülh İnstitutu (IEP) iyunun 12-də "Qlobal Sülh İndeksi"ni (Global Peace İndex-2019) adlı hesabatını açıqlayıb.
Yeniavaz.com açıqlanan hesabata istinadən bildirir ki, Azərbayacan 163 ölkə arasında 130-cü sırada qərarlaşıb. Bir il əvvəlki hesabatla müqayisədə Azərbaycanın mövqeyi 3 pillə yaxşılaşsa da, "pis" qiymət alıb.  
İndeksdə sülhün vəziyyəti 3 amilə əsasən ölçülür – cəmiyyətdə təhlükəsizlik, hazırda davam edən daxili və xarici münaqişələr, hərbiləşdirmənin dərəcəsi.
Ayrı-ayrı ölkələrdə sülhün vəziyyətini göstərən hesabatda 1-13-cü sıralarda qərarlaşan dövlətlərin vəziyyəti "çox yaxşı", 14-75-ci sıralarda qərarlaşan dövlətlərin vəziyyəti "yaxşı", 76-118-ci sıralarda qərarlaşan dövlətlərin vəziyyəti "orta", 119-147-ci sıralarda qərarlaşan dövlətlərin vəziyyəti "pis", 148-163-cü sıralarda qərarlaşan dövlətlərin vəziyyəti "çox pis" qiymətləndirilib.
2019-ci ildə İslandiya dünyanın ən sakit və sülh şəraitinin hökm sürdüyü ölkəsi olub.  Sülh şəraitinin hökm sürdüyü ölkələrin ilk 10-luğuna Yeni Zelandiya, Portuqaliya, Avstriya, Danimarka, Kanada, Sinqapur, Sloveniya, Yaponiya və Çexiya daxil olub.
Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən olan ABŞ (128-ci yer) və İsrailin (146-cı yer) mövqeyi də "pis" qiymət alıb.
Dünyanın sülh şəraitinin olmadığı ölkələrin başında isə Əfqanıstan, Suriya, Cınubi Sudan, Yəmən, İraq, Somali, Mərkəzi Afrika Respublikası, Liviya, Demokratik Konqo Respublikası və Rusiya yer alıb.
Region və MDB ölkələrinin siyahıdakı mövqeyi (163 ölkə arasında) belə olub:
35. Latviya
37. Estoniya
38. Litva
64. Qazaxıstan
68. Moldova
95. Qırğızıstan
97. Belarus
99. Gürcüstan
102. Özbəkistan
105. Tacikistan
115. Türkmənistan
118. Ermənistan
130. Azərbaycan
139. İran
150. Ukrayna
152. Türkiyə
154. Rusiya
 
Hesabatla ətraflı tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz: https://reliefweb.int/sites/reliefweb.int/files/resources/GPI-2019-web003.pdf
 
 

DİGƏR XƏBƏRLƏR

Top