Həcc ziyarəti üçün kvotanın dolmasına bu qədər yer qalıb

Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1000-ə yaxındır.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Qeyd edilib ki, hazırda sənəd qəbulu davam edir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır. 

Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-nə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq. 

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu. Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edirdi.

DİGƏR XƏBƏRLƏR

Top