Bakıda 3 yaşlı qız faciəvi şəkildə ölüb

Bakıda 3 yaşlı qız faciəvi şəkildə ölüb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu M.Arif küçəsi-129 ünvanında qeydə alınıb. 

Həmin ünvanda yaşayan 2016-cı il təvəllüdlü Abbasova Ləman Rəfael qızını elektrik cərəyanı vurub. 3 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top