Zakir Qaralov bu şəxsi baş prokurorluğun mətbuat xidmətinə prokuror təyin etdi

Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin olunub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Əbdülsəməd Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib.

Ə.Əzizlinin vəzifəsinin icrasına başlaması barədə məlumat Baş Prokurorluğun saytında da yerləşdirilib.

Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə rayon Prokurorluğunun müstəntiqi, daha sonra Gəncə şəhər Prokurorluğun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur. 

DİGƏR XƏBƏRLƏR

Top