xirdalanda-4-gun-evvel-qezada-olen-qadinin-yaxinlari-axtarilir-foto

Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır - FOTO

bakida-muellim-sagirdden-pul-istedi-valideyn-polise-muraciet-etdi

Bakıda müəllim şagirddən pul istədi - valideyn polisə müraciət etdi

fuad-abbasov-hebsde-olmasinin-sebeblerini-aciqladi-ses-yazisi

Fuad Abbasov həbsdə olmasının səbəblərini AÇIQLADI - SƏS YAZISI

çərşənbə axşamı, 18 iyun 2019
AZ RU EN TR

İQTİSADİYYAT

Latviya çirkli pulların yuyulduğu ölkə olduğunu etiraf edib

13.06.2019 01:21 Oxundu 273


Baltikyanı ölkələrin Avropa Birliyinə üzvlüyündən 10 ildən çox vaxt keçib. Lakin burada baş verən bir sıra maliyyə qalmaqalları keçmiş sovet respublikalarında qaranlıq əlaqələrin bitmədiyini göstərib.

Özəlliklə Latviyanın adı son illərdə Avropada qara pulların yuyularaq Qərbi Avropa banklarına ötürülməsi prosesində sıx hallanır. Bu isə ölkənin maliyyə imcinə ağır zərbə vurmaqla yanaşı onun bank sektorunda ağır böhran yaradıb.
Bunu Latviya rəsmiləri özləri də etiraf edir.

Ölkə parlamentinin büdcə və maliyyə üzrə komissiyasının sədri Martınış Bondarasın ölkə kanalına verdiyi müsahibədə artıq kapital bazarındakı pulların dövriyyəsi ilə əlaqədar yeni qanunların qəbul edilməsinə ehtiyac yarandığını dilə gətirib.

M.Bondarasın sözlərinə görə, Latviya qlobal maliyyə bazarında olduqca məsuliyyətsiz davranışlar sərgiləyib və Qərbə külli miqdarda “çirkli pulların” axıdılmasında əsas rol oynayıb.

Məlum olduğu kimi, bu, ABŞ-ın da ciddi qəzəbinə səbəb olub və 2018-ci lin əvvəlindən başlayaraq ölkədə bank böhranı yaranıb. Nəticədə Mərkəzi bankın rəhbəri İlmar Rimşeviç həbs edilib, ölkənin iri bankarından sayılan ABLV Bankın fəaliyyəti isə ümumiyyətlə dayandırılıb. Daha çox “Moneyval” adı ilə tanınan Avropa Şurasının Çirkli pulların yuyulmasına qarşı mübarizənin qiymətləndirilməsi üzrə ekspertlər komitəsinin Latviya haqqında yayınladığı hesabatdan sonra ölkə SWIFT bank informasiya mübadiləsi şəbəkəsi üçün riskli dövlətlər siyahısına daxil edilib.

Bu səbəbədən Arturs Karinş hökuməti Avropa Şurasının tələbi ilə qara pulların yuyulmasına qaşrı mübarizə proqramına star verməyə məcbur qalıb.

Xarici mətbuatda gedən xəbərlərdə Latviya banklarının Danimarkanın Danske bankı vasitəsilə milyardlarla “boz pulu” Qərbin iri banklarına və ya offşor hesablara ötürdüyü göstərilir. Burada əsasən Rusiya və MDB ölkələrindən korrpusiya yolu ilə əldə olunan külli miqdarda məbləğdən söhbət gedir. //Musavat.com