mn-isgal-edilmis-erazilerimizde-ermenistanin-kecirdiyi-telimler-tam-nezaretimiz-altindadir-video

MN: İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır - VİDEO

xirdalanda-4-gun-evvel-qezada-olen-qadinin-yaxinlari-axtarilir-foto

Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır - FOTO

bakida-muellim-sagirdden-pul-istedi-valideyn-polise-muraciet-etdi

Bakıda müəllim şagirddən pul istədi - valideyn polisə müraciət etdi

çərşənbə axşamı, 18 iyun 2019
AZ RU EN TR

HADİSƏ

Azərbaycanda tanınmış yazıçı həbs olundu - SƏBƏB

12.06.2019 16:14 Oxundu 3219

Tanınmış yazıçı Murad Köhnəqala həbs olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə həyat yoldaşı Şəlalə Göytürk "facebook" profilində paylaşım edib. O bildirib ki, Tovuz Rayon Məhkəməsində şair Murad Köhnəqaladan 12 min manat aliment tələb olunub: “Muradı bu gün məhkəməyə çağırıblar. Keçmiş həyat yoldaşı və qızının dediyinə görə, aliment yığılıb 12 min manata gəlib çatıb. Tələb olunub ki, pulu yerindəcə ödəsin. Murad isə deyib ki, mən işsizəm, körpə uşağa baxıram. Əlimdəki torpağı və evi keçmiş həyat yoldaşıma vermişəm. Həmçinin rəsmi və qeyri-rəsmi pul ödənişləri edib. Murad alimentlərin çekini də məhkəməyə təqdim edib. Məhkəmə bütün bunları, Muradın sosial vəziyyətini nəzərə almadan iki qadının sözlərinə görə ona həbs cəzası verib. Muradın keçmiş yoldaşı mənə elə gəlir ki, qisas almaq üçün bu addımı atıb. Murad mənə zəng edib dedi ki, maşına mindirib aparırlar, amma hara aparacaqlarını deməyiblər. 15 sutka həbs cəzası verilib.”