Dünyanın ən dəyərli markları AÇIQLANDI - "Facebook"un dəyəri azalıb


"Amazon" dünyanın ən bahalı brendi hesab olunur.
Yeniavaz.com "millwardbrown.com" saytında yer alan məlumatlara istinadən xəbər verir ki, bu barədə məlumat dünyanın tanınmış brend dəyərləndirmə və məsləhət şirkətlərindən olan "Kantar" tərəfindən aparılan araşdırmada yer alıb. "Kantar"ın açıqladığı "Ən dəyərli 100 marka" ("Global Brands-100")  adlı hesabata görə, "Amazon" brendinin dəyəri 315,5 milyard dollara bərabərdir. Son bir ildə "Amazon"un dəyəri 52% artaraq 3-cü sıradan 1-ci sıraya yüksəlib.
Bir il əvvəl dünyanın ən dəyərli brendi hesab olunan "Gooogle"nin qiyməti 2% bahalansa da 309 milyard dollarla 1-ci sıradan 3-cü sıraya geriləyib.
Dünyanın ən dəyərli 100 brendinin sıralandığı siyahıda 2-ci sırada "Apple" yer alıb. Bu brendin dəyəri son bir ildə 3% artaraq 309,5 milyard dollara yüksəlib. Ancaq buna baxmayaraq "Apple"nin sıralamadakı yeri dəyişməyib.
Bunlardan başqa ilk beşliyə "Microsoft" (251,2 milyard dollar) və VİSA (177,9 milyard dollar) brendləri daxil olub. "Facebook" brendi son bir ildə mövqeyini dəyişməz saxlayıb - 6-cı pillə. "Facebook" brendinin dəyəri isə 2% azalaraq 158,9 milyard dollara qalxıb.
Ümumiyyətlə "Global Brands-100" adlı hesabatda yer alan şirkətlərin ilk 10-luğunda 8 ABŞ şirkəti qərarlaşıb. 7-ci sırada Çinə məxsus "Alibaba" brendi, 8-ci sıraya yenə də Çinə məxsus "Tencent" brendi daxil olub.
Bundan başqa ilk 10-luqda yer alan şirkətlərin 6-si İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT), 2-i pərakəndə ticarət, 1-i bank, 1-i isə qida sektorunda fəaliyyət göstərir.
"Global-100"a daxil olan şirkətlər arasında dəyəri ən ucuz olan Almaniyaya "Adidas" markası olub - 13,3 milyard dollar.
Siyahıya Rusiyaya məxsus heç bir marka yer almayıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top