Qarabağdakı seperatçı rejim öz əsgərlərini necə soyur?

 
İşğal altında olan Dağlıq Qarabağda hərbi xidmət keçən Ermənistan vətəndaşları "Qarabağ telekom" adlı şirkətdən narazılıq ediblər.
Yeniavaz.com Ermənistan mətbuatında yer alan məlumatlara istinadən bildirir ki, hazırda işğal altında olan Dağlıq Qarabağda yalnız bir şirkət -  "Qarabağ telekom" rabitə xidmətləri göstərir.
Dağlıq Qarbağada olan əsgərlərin böyük əksəriyyəti Ermənistan vətəndaşı olduqları üçün onlar öz yaxınları ilə danışdıqları zaman xarici ölkələrə tətbiq olunan tariflər hesablanır. Bölgədə "Qarabağ telekom"un alternativi olmadığı üçün əsgərlər bu xidmətdən istifadə etməyə məcbur olurlar.
Ermənistan mətbuatının yazdığına görə, ən ciddi problemlərdən biri odur ki, telefon xəttinin aktiv qalması üçün hər 10 gündən bir 1000 dram (təxminən 2 dollar) məbləğində ödəniş tələb olunur. Bildirilir ki, əgər 10 gün ərzində 1000 dram ödəniş edilməsə  nömrə ləğv olunur. Yeni nömrə almaq üçün isə mütləq şəhərə getmək və yeni nömrə üçün 1200 dram ödəmək lazımdır.
Ermənistan mətbuatına açıqlma verən əsgər valideyinləri bildiriblər ki, "Qarabağ telekom" əsgərlərin hesabanı "yaxşı biznes" qurub.
 
 

DİGƏR XƏBƏRLƏR

Top