mn-isgal-edilmis-erazilerimizde-ermenistanin-kecirdiyi-telimler-tam-nezaretimiz-altindadir-video

MN: İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır - VİDEO

xirdalanda-4-gun-evvel-qezada-olen-qadinin-yaxinlari-axtarilir-foto

Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır - FOTO

bakida-muellim-sagirdden-pul-istedi-valideyn-polise-muraciet-etdi

Bakıda müəllim şagirddən pul istədi - valideyn polisə müraciət etdi

çərşənbə axşamı, 18 iyun 2019
AZ RU EN TR

CƏMİYYƏT

Millət vəkili: Silahlar bizdən çox danışır

12.06.2019 15:03 Oxundu 314

Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, bunu bu gün Milli Məclis (MM) sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda keçirilən kofransda bildirib.

“Bakı Parlament Platformasının yaradılmasında məqsəd ATƏT məkanındakı çağırışlar, xalqlar və dini konfessiyaların qarşı-qarşıya qoyulması nəticəsində yaranan münaqişələrin həllidir”, - deyən B.Muradovanın sözlərinə görə,  hərbi münaqişələr artıb, silahlar bizdən çox danışır.

“Cinayət və cinayətkarlıq heç bir sərhəd tanımır. Cənubi Qafqaz və nüfuzlu Avropa bölgələrinin iştirakı ilə belə təşəbbüslərin ortaya çıxması təsadüfi deyil.

Bu Platforma gələcəkdə öz sıralarına daha çox üzvlər cəlb etməklə regionda təhlükəsizliyə böyük töhfələr verə bilər.

Cənubi Qafqaz böyük enerji resurslarına, çevik nəqliyyat infrastrukturuna malikdir”, - deyə o əlavə edib.