xirdalanda-4-gun-evvel-qezada-olen-qadinin-yaxinlari-axtarilir-foto

Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır - FOTO

bakida-muellim-sagirdden-pul-istedi-valideyn-polise-muraciet-etdi

Bakıda müəllim şagirddən pul istədi - valideyn polisə müraciət etdi

fuad-abbasov-hebsde-olmasinin-sebeblerini-aciqladi-ses-yazisi

Fuad Abbasov həbsdə olmasının səbəblərini AÇIQLADI - SƏS YAZISI

çərşənbə axşamı, 18 iyun 2019
AZ RU EN TR

İQTİSADİYYAT

Bakıda bu şəxslər üçün yaşayış binası tikiləcək - Nazirlik açıqladı

12.06.2019 13:23 Oxundu 264

Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə 300 min manat vəsait ayrılmasını nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, bu il müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri aparılmaqla, paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq.

Binada mənzillə təmin ediləcək gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılacaq. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması məqsədilə müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunacaq. Binanın tikintisinin gələn il ərzində yekunlaşdırılaraq istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, bu təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.