bakida-muellim-sagirdden-pul-istedi-valideyn-polise-muraciet-etdi

Bakıda müəllim şagirddən pul istədi - valideyn polisə müraciət etdi

fuad-abbasov-hebsde-olmasinin-sebeblerini-aciqladi-ses-yazisi

Fuad Abbasov həbsdə olmasının səbəblərini AÇIQLADI - SƏS YAZISI

azerbaycanda-polis-intihar-etdi-mektub-yazib-ozunu-oldurub

Azərbaycanda polis intihar etdi - məktub yazıb, özünü öldürüb

çərşənbə axşamı, 18 iyun 2019
AZ RU EN TR

HADİSƏ

Azərbaycanda dəhşətli qətl: 20 güllə vurdu - SƏBƏB

12.06.2019 13:13 Oxundu 1562

Beyləqanda qətl törədilib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarısu qəsəbəsində qeydə alınıb. Ağayev Ramil Sakit oğlu avtomatla həmyerlisi Məmişov Elmir Əliyar oğlunu güllələyib.

20-dən çox güllə yarası alan E.Məmişov hadisə yerindəcə keçinib.

R.Ağayev polisə gedərək könüllü təslim olub.

İlkin məlumatlara görə, R.Ağayevlə E.Məmişovun ailələri arasında namus üstündə köhnə ədavət olub.

Həmin ədavətdən sonra E.Məmişovun ailəsi kəndi tərk edib. Lakin E.Məmişov bir neçə gün əvvəl kəndə qayıdıb. Bundan xəbər tutan R.Ağayev onu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.