xirdalanda-4-gun-evvel-qezada-olen-qadinin-yaxinlari-axtarilir-foto

Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır - FOTO

bakida-muellim-sagirdden-pul-istedi-valideyn-polise-muraciet-etdi

Bakıda müəllim şagirddən pul istədi - valideyn polisə müraciət etdi

fuad-abbasov-hebsde-olmasinin-sebeblerini-aciqladi-ses-yazisi

Fuad Abbasov həbsdə olmasının səbəblərini AÇIQLADI - SƏS YAZISI

çərşənbə axşamı, 18 iyun 2019
AZ RU EN TR

GÜNDƏM

Üç ölkənin Müdafiə nazirləri Qəbələdə görüşdü

12.06.2019 12:40 Oxundu 247

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri, general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin gündən-günə inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. 

Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

Türkiyəli nazir də, öz növbəsində, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin genişlənməsində bu cür görüşlərin vacibliyindən danışıb.

Görüşdə regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.