Sürücü sizə "kondisionerə icazə verilmir” deyərsə bu nömrəyə zəng edin


“Xaliq Faiqoğlu” şirkəti isti hava şəraiti ilə əlaqədar avtobuslarda kondisionerlərin işlək vəziyyətdə olmasına xüsusi diqqət yetirir.

Bu məqsədlə şirkət tərəfindən mobil texniki qrup yaradılıb və gün ərzində xətlərdəki avtobuslarda hər hansı texniki problem yaranarsa, dərhal aradan qaldırılır.

Bu barədə Yeniavaz.com-a şirkətdən məlumat verilib. Məlumatda qeyd olunur ki, rəhbərliyinin tapşırığına əsasən avtobuslarda kondisionerlər hər gün səhər saat 08:00-dan axşam saat 23:00-dək işlək vəziyyətdə olur. Sürücülərə kondisionerlərin fəaliyyətinə nəzarətlə bağlı lazımı təlimatlar verilib. Sərnişinlərdən xahiş edirik ki, hər hansı sürücü tərəfindən “icazə verilmir” və s. kimi bəhanə ilə rastlaşsalar, bu barədə şirkətimizin sosial şəbəkə səhifələri və ya 012 430 8585 telefon nömrəsi vasitəsilə məlumat versinlər.

DİGƏR XƏBƏRLƏR

Top