Bakıda dəhşətli qəza: Ölən və yaralanan var


Bu gün gecə saatlarında "Bibiheybət" yolunda yüksək sürətlə hərəkətdə olan minik maşını reklam lövhəsinə çırpılaraq, yanmağa başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə report-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

"Hadisə barədə məlumat "təcili yardım"a saat 3:37-də daxil olub.

Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir", - deyə o bildirib.

P.Əbubəkirov qeyd edib ki, sükan arxasında olan şəxs isə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır.

DİGƏR XƏBƏRLƏR

Top