“Azərbaycan Dəmir Yolları” QSC mətbuatda yayılan xəbərlərə aydınlıq gətirdi

 "1,7 milyon dollara satın alınan elektrik qatarı deyil, Belorus istehsalı olan adi sərnişin vaqonudur."

Yeniavaz.com Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin verdiyi açıqlamada bildirilir.

"Son günlər bəzi kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb: “Bu ilin birinci rübündə Azərbaycan Belorus Respublikasından 2 sərnişin vaqonu alıb. Bu, dövlət dəmir yollarına 30.384.560 dollara başa gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Ötən ilin yanvar-mart aylarında Belorusdan 8 sərnişin vaqonu gətirilib. Onların bəyan edilən gömrük dəyəri 28.264.440 dollar olub”. - deyə açıqlamada qeyd olunur.

QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, məlumatda bəzi yanlışlıqlar var. Yanlışlıq ondan ibarətdir ki, 2018-ci  ildə “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkətinin Belorus Respublikasındakı zavodundan 2 ədəd sərnişin vaqonu deyil,  hər biri 4 vaqondan ibarət olan, hər birinin müqavilə dəyəri 14.986.000 isveçrə frankı olmaqla 2 (iki) ədəd  ikimərtəbəli “KİSS” markalı elektrik qatarı alıb. Beləliklə,  ƏDV, gömrük rüsumu və digər xərclər daxil olmaqla 1 (bir) ədəd  ikimərtəbəli “KİSS” markalı elektrik qatarının qiyməti  30.476.000 manat təşkil edib.

2019-cu ilin sonunda hər biri 4 vaqondan ibarət olan daha 2 (iki) ədəd  elektrik qatarının da Azərbaycana gətirilməsi gözlənilir.

Bəzi KİV-lərdə isə məsələ əsassız şəkildə qabardılır. Belə ki, guya Rusiya Federasiyasının Belorus Respublikasından 1,7 milyon dollara  aldığı sərnişin vaqonunu  Azərbaycan 15,2 milyon dollara alıb. Məsələyə aydınlıq gətirərək  bildiririk ki, 1,7 milyon dollara satın alınan elektrik qatarı deyil, Belorus istehsalı olan adi sərnişin vaqonudur. “Azərbaycan Dəmir Yolları” QSC-nin aldığı isə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan, hər biri 4 vaqondan ibarət olan 2 (iki) ədəd ikimərtəbəli, “KİSS” markalı elektrik qatarıdır. İkimərtəbəli elektrik qatarının bir vaqonunun dəyərini bir ədəd adi sərnişin vaqonunun dəyəri ilə müqayisə etmək düzgün olmazdı.

KİV-lərdə qarşı tərəfin mövqeyini öyrənmədən, faktları tam araşdırmadan belə yazıları yaymaq oxucular arasında 

DİGƏR XƏBƏRLƏR

Top