Rusiyalı jurnalist İvan Qolunovun cibinə narkotik atan polislər cəzalandırılacaq


Rusiya Daxili işlər naziri Vladimir Kolokoltsev ötən gün narkotik satışına cəhddə ittiham edilərək həbs olunan və daha sonra ev dustaqlığına məhkum edilən "Meduza" nəşrinin jurnalisti İvan Qolunov barədə istintiq hərəkətlərinə son verildiyini bildirib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, Daxili işlər naziri İvan Qolunovun əməllərində heç bir cinayət tərkibinin olmadığını deyib. Nazir həmçinin jurnalisti həbs edən polislər barəsində də lazımi tədbirlərin görüləcəyini bildirib.
Qeyd edək ki, həbs olunan zaman Rusiyalı jurnalist bəyan edib ki, heç vaxt narkotiklərdən istifadə etməyib. Saxlanılmasını o, apardığı araşdırmalardan biri ilə əlaqələndirib.
Onu da bildirək ki, jurnalist İvan Qolunov iyunun 6-da Moskvanın mərkəzində saxlanılıb. Polisin verdiyi məlumata görə, saxlanılarkən onun üstündə 4 qrama yaxın narkotik vasitə tapılıb. Sonradan jurnalistin evində aparılan axtarışlar zamanı daha 5 qram kokain aşkarlanıb.  
Qolunov dövlət sifarişləri, dəfn biznesi, “qara kreditorlar” haqqında araşdırma yazıların müəllifi kimi tanınır...
 
 

DİGƏR XƏBƏRLƏR

Top