Vladimir Zelenski 15 qubernatoru işdən qovub

Ukrayna prezidenti Vladimir Zelenski 15 vilayət administrasiyası rəhbərini işdən qovub.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka brifinqdə bildirib.

Onun sözlərinə görə, Çerniqov, Xmelnitski, Xerson, Ternopol, Sumı, Poltava, Odessa, Nikolayevskaya, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankovsk, Zaporijye, Zakarpatye və Volın vilayətlərinin qubernatorları işdən azad edilib.

Daha əvvəl Vladimir Zelenskinin yaxın günlərdə 13 qubernatoru vəzifədən azad etmək niyyətində olduğu bildirilirdi.

DİGƏR XƏBƏRLƏR

Top