Bakıda sərnişin avtobusu qəzaya düşdü - yaralananlar var

Zığ yolunda marşrut avtobusu evakuatorla toqquşub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza zamanı 104 saylı sərnişin avtobusunda olan 4 nəfər yaralanıb. 

Onlardan 43 və 34 yaşlı qadınlar 3 saylı Sabunçu rayon Xəstəxanasına, 50 yaşlı qadın Klinik Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. 

Hər 4 qadına bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top