Qazaxda dəhşətli qəza - Maşın iki yerə bölündü - FOTO


Qazax rayonunda yol qəzası baş verib. 

Hadisə Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayonun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 28 yaşlı Elmixan Qumarov və 25 yaşlı Tural Məmmədkərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki yaralı Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. 

Faktla bağlı araşdırma aparılır. 

(Baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top