Xəzər dənizində tanker partladı: ölənlər var


Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib.

“RİA Novosti”nin “Rosmorreçflot”a istinadən verdiyi məlumata görə, partlayış “VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib. 

Partlayış anında tanker Mahaçqala dəniz limanının dörd saylı körpüsündə olub. 

“Beş zərərçəkənin olduğu güman edilir, onlardan ikisi xəstəxanaya yerləşdirilib, üç nəfərin axtarışı davam etdirilir”, - deyə “Rosmorreçflot”dan bildiriblər.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top