İş adamı Kamil Musaviyə şirkətində vəzifə verdi - FOTO


İş adamı Elçin Carçıyev Qarabağ qazisi Kamil Musavini sahibi olduğu "CARÇIOĞLU GROUP" MMC şirkətində müşavir vəzifəsinə təyin edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə şairə-yazar Səbinə Yusif sosial şəbəkədə paylaşım edib: "CARÇIOĞLU GROUP" MMC-nin yeni təyin olunmuş müşaviri Kamil Musavi! Uğurlu-xeyirli olsun! Kamil Vətənləşən oğuldur. Elçin müəllim, bu böyük insani, Vətənpərvər addımınız üçün sizə təşəkkürümü bildirirəm. Var olun, Ulu Qazaxımızın məğrur oğlu!"

K. Musavi də öz növbəsində ona göstərilən diqqət və qayğıya görə E. Çarçıyevə təşəkkür edərək, uğurlarına sevinən dostlarına minnətdarlığını bildirib.

Qeyd edək ki, daha əvvəl  iş adamı Rövşən Tağıyev "Kral Travel" şirkətini təmənnasız olaraq K.Musaviyə hədiyyə etmişdi.

Qazax güləş məktəbinin yetirməsi, kəşfiyyatçı baş leytenant K.Musavi 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirib.

DİGƏR XƏBƏRLƏR

Top