umid-edirem-ki-arsenali-da-kececeyik-cingiz-abdullayev

“Ümid edirəm ki, “Arsenal”ı da keçəcəyik” - Çingiz Abdullayev

sumqayitda-polisin-meyiti-xidmeti-otaginda-tapildi-ozunu-vurub

Sumqayıtda polisin meyiti xidməti otağında tapıldı - ÖZÜNÜ VURUB

neftci-avropa-liqasinin-ii-tesnifat-merhelesine-darmadaginla-yukselib

“Neftçi” Avropa Liqasının II təsnifat mərhələsinə darmadağınla yüksəlib

cümə, 19 iyul 2019
AZ RU EN TR

CƏMİYYƏT

Mübariz İbrahimovla bağlı status yazan psixoloqdan YENİ XƏBƏR

15.05.2019 18:46 Oxundu 1189


Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşımına görə məhkəməyə verilən Nərmin Şahmarzadə prosesə gəlməyib.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xətai rayon məhkəməsinin hakimi Cavid Hüseyn bildirib ki, N.Şahmarzadə məhkəməyə iki məktub göndərib. O, məktubun birində təhlükəsizliyinə təminat olmadığı üçün məhkəməyə gəlmədiyini bildirib.

İkinci məktubda isə iddiaçı tərəfin təqdim etdiyi fikirlərin ona məxsus olmadığını, saxta profillər vasitəsilə yazıldığını, özü isə paylaşımında heç kimi təhqir etmədiyini bildirib və işə xitam verilməsini istəyib.

Qarşı tərəfin vəkili isə çıxış edərək N.Şahmarzadənin məhkəmədən yayındığı üçün barəsində həbs qərarı verilməsini istəyib.

Məhkəmə mayın 22-də davam etdiriləcək. Hakim bildirib ki, əgər N.Şahmarzadə növbəti iclada da gəlməsə, onun barəsində tədbir görüləcək.