musa-yaqubun-oglu-bu-xeberi-gozleyirdik

Musa Yaqubun oğlu: Bu xəbəri gözləyirdik

xalq-sairi-adi-alan-vahid-eziz-dovlet-bele-olar-dovlet-bascisi-bele-olar

"Xalq şairi" adı alan Vahid Əziz: "Dövlət belə olar, dövlət başçısı belə olar"

ilham-eliyev-bu-mugennilere-xalq-artisti-adi-verdi-serencam

İlham Əliyev bu müğənnilərə Xalq artisti adı verdi - SƏRƏNCAM

şənbə, 25 may 2019
AZ RU EN TR

CƏMİYYƏT

Prezident Bakı Nəqliyyat Agentliyinin səlahiyyətini azaltdı - RƏSMİ

15.05.2019 17:40 Oxundu 3227

Bakı Nəqliyyat Agentliyinin səlahiyyəti azaldılıb. 
 
Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb. 
 
Prezident İlham Əliyevin 2018-ci il 26 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na əsasən, Bakı Nəqliyyat Agentliyinin avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşınmanın təşkili) haqqında müqavilənin bağlanmasına dair səlahiyyəti olub. Dəyişikliyə əsasən, Agentliyin bu sahədə səlahiyyəti məhdudlaşdırılıb. Agentlik yalnız Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma haqqında müqavilənin bağlaya biləcək. 
 
Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının digər inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşımanın təşkili) haqqında müqavilənin bağlanması sahəsində səlahiyyət yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus olacaq.