gurcustan-xin-bu-insident-azerbaycanla-strateji-terefdasliga-uygun-deyil

Gürcüstan XİN: Bu insident Azərbaycanla strateji tərəfdaşlığa uyğun deyil

seki-xan-sarayinda-xesaret-alanlardan-biri-vefat-edib

Şəki Xan Sarayında xəsarət alanlardan biri vəfat edib

azerbaycanda-xeyriyyeciler-hec-vaxt-asfalti-olmayan-kende-yol-cekdirdiler-video

Azərbaycanda xeyriyyəçilər heç vaxt asfaltı olmayan kəndə yol çəkdirdilər - VİDEO

çərşənbə axşamı, 16 iyul 2019
AZ RU EN TR

CƏMİYYƏT

Bu qəsəbədə sakinlər kanalizasiya suları axıdılan kanaldan su içirlər - VİDEO

15.05.2019 13:42 Oxundu 351

Xəzər rayonu Binə qəsəbəsi, “Bakovtomat” yolu adlanan ərazidə yaşayan 2000-dən çox sakin içməli su verilmədiyi üçün şikayət edirlər.

Sakinlər bildirir ki, evlərinə 200 metr məsafədə su xətti olmasına baxmayaraq, ərazidə yaşayan sakinlərə su verilmir. Məsul qurumlar isə səbəb kimi, həmin ərazidə dəmiryolu xəttinin olmasını göstərirlər.

Əlacsız qalan sakinlər çirkabla dolu olan, vaxtaşırı kanalizasiya xətlərinin də axıdıldığı Samur-Abşeron kanalından içməli su mənbəyi kimi istifadə edirlər.

Ərazidə yaşayanlar problemlə bağlı dəfələrlə həm Xəzər rayon icra nümayəndəliyinə, həm də “Azərsu” ASC-yə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.

Daha ətraflı videosüjetdə:

(Oxu.az)